Səninlə yatmaq istəyirəm – Rasim Qaracadan yeni şeir

Səninlə yatmaq istəyirəm – Rasim Qaracadan yeni şeir

37
Paylaş

Rsm Qrc. Prosto. Rok-poeziya

Prosto

Sevgidən danışma mənə
xəyal məhsuludur şairlərin uydurduğu
Həsrətdən danışma mənə
qaranlıqdır mənə həsrətin nə olduğu
qara paltarlı bir qadına çevrilib
arxamca göz yaşı axıtmanı istəmirəm,
Prosto, səninlə yatmaq istəyirəm

Heçnəsiz sarılaq biri birimizə
danışma mənə vəfadan, sədaqətdən
söylə axı böyük şeylərin nə faydası var bizə
söz açmayaq etibardan, ülfətdən –
həyatdan istədiyim bunlar deyil
Səndən də heç nə istəmirəm,
Prosto, səninlə yatmaq istəyirəm

Gözəldir yaşamaq, sadəcə var olmaq
yalançı mənalardan uzaqda bəxtiyar olmaq
ən sonuncu arzumdur evli bir xiyar olmaq
əhdi-peymandan danışma mənə
gerçəkdən anlamıram sevginin nə olduğunu
Səndən heç nə istəmirəm,
Prosto, səninlə yatmaq istəyirəm. /literaz.com/

Paylaş