ölür balaların acından, Vətən… – Saday Şəkərli

ölür balaların acından, Vətən… – Saday Şəkərli

24
Paylaş

Ölür balaların acından, Vətən…

Qoynunda əsirəm, sönmüş ocağın,
günəş parlasa da tacından, Vətən.
anam olmasaydın, bir axşam çağı,
tutub sürüyərdim saçından, Vətən.

Olub-keçənləri yada salmıram,
daha yaman günə boyat qalmıram,
gör neçə vaxtdı ki, məktub almıram,
sevgilim Şuşadan, Laçından, Vətən.

Gözündən tökülür dərdim Arazın,
boğulur bətnimdə arzum-murazım,
gör necə, gör neçə əhli-namazın,
sallanır erməni xaçından, Vətən.

Nə insaf, nə mürvət harın içində,
gizlənmiş məbədlər qarın içində,
bu qədər sərvətin, varın içində,
ölür balaların acından, Vətən…

Paylaş