Tanrım ! yoruldum özümdən – Əli Hacı

Tanrım ! yoruldum özümdən – Əli Hacı

88
Paylaş

Tanrım ! yoruldum özümdən
özümlə tək yol getməkdən.
dur qırağa çək dünyanı
bu olmağı götürməkdən !

səsdə yorğunluq havası,
arığlayıb söz çəkidən…!
donub görüş yerlərimiz
soyuğluğun təkliyindən !

sinəm-dərdin xəritəsi
səyyahıyam elə özüm !
adamlığdan çıxar məni
nə çəkir,bilmir tərəzim !

Paylaş