ağ qarayla yola getmir- Əli Hacı

ağ qarayla yola getmir- Əli Hacı

103
Paylaş

icazə ver şəkil çəksin,
çəksin ayrılıq adamı.
sənin mənsiz sevincini,
mənim sağalmış yaramı !

bax, nə gözəl mənzərədi
ağ şəkilin qara qovur.
günəş özüdə sarıdı,
yandırmağa sarı qovur !

asaq yolda bir ağacdan
şəkil şəkilə qarışmaz.
yolun kefsiz adamları
yük altında yük daşımaz.

ağ qarayla yola getmir
gecə keçir səhər olur.
cırıb atıram bu şəkli
şəkilin də zəhər olur !

***

bu olmaqda son günahım,
adını qoy,özüm qoyum !
çəkdiyim bu ahlarımdan
göy üzünə özül qoyum !

söz var illərin yoludu ,
söz var zamanın suyudu.
suyu hər sudan durudu
qoy,adını gözüm qoyum !

tüstüsü çoxsa ocağın,
can isitməz bu yanmağı.
gəl,gör ocaq yandırmağı
sinəmdəki közü qoyum !

İlahi ! bu çılpaq evin,
yanındakı alçaq evin,
canımda yarımçıq evin
qoy, adını bizim qoyum !

bu olmaqda son günahım,
adını qoy,özüm qoyum !
çəkdiyim bu ahlarımdan
göy üzünə özül qoyum !

Paylaş