Şərif Ağayardan qısa hekayə – “Yalnızlıq”

Şərif Ağayardan qısa hekayə – “Yalnızlıq”

14
Paylaş

Şərif ağayarın “Yalnızlıq” adlı qısa hekayəsi.

 

Qoca fəhlə nahar zamanı kiçik bankəyə yığılmış balaca tənək dolmalarını bir-bir dişsiz ağzına atıb sağa-sola gəvələdi, üstündən bir çappa ayran içdi, arıq əlləri ilə dodaqlarını silib gəyirdi.

Sonra siqaret yandırdı və tüstüdən acışan gözlərini qıyaraq düşündü:

“Cavandım. Araz aşığımdandı, Kür topuğumdan. Qəfil ömrümə mələk misallı bir qadın təşrif gətirdi. Xumar gözlərini qüssəylə süzdürüb pıçıldadı: “Yalnızam!”

“Artıq, deyilsən!” – söylədim əminliklə və titrəyən əllərindən bərk-bərk yapışdım!”

Paylaş