bu yolu gedib darıxdım – Əli Hacı

bu yolu gedib darıxdım – Əli Hacı

75
Paylaş

içdə dilim,çöldə sözüm
kəsdi yolumun qabağın.
güvəndiyim göy üzüdə
kəsdi əlimin qabağın.

göydən bulud yağışını,
yerdən bir qız qarğışını
tökdü üstümə,ağrısı
( qol götürüb oynamadım )
kəsdi qolumun qabağın.

bu yolu gedib darıxdım,
təkliyimə özüm yağdım…
arxamca bir göz baxırdı
kəsdi ölümün qabağın !

***

son olmağa bir söz de,
nəfəs alıb ayrılaq.
bədən-ruhumun evi
tələsəni ayıraq !

soyumuşam evindən
qalamadın sobasın !
bir nəğmə de,qat ona
son olmağın havasın.

qış payızın içində,
yollarım qərbə çıxır.
dur ötür ayrılığa
can mənim,qərib çıxır !

Paylaş