İçimizdəki erməni sevgisi

İçimizdəki erməni sevgisi

191
Paylaş

Faiq BALABƏYLİ

Deyilənə görə, bir vaxtlar Prişib adlanan Göytəpə şəhərində 2-3 erməni ailəsi var imiş ki, onların da erməni olduqlarını ancaq özləri və yaxın ətrafları bilirmiş. Qaynayıb qarışıbmışlar bizimkilərə. Ermənilərin Azərbaycana qarşı növbəti torpaq iddiası və qətliamları yeni-yeni başalayanda bu 2-3 ailənin erməni olması hamıya məlum olub və onları, cəlilabadlılar demiş, ədəti-başlı yola salıblar Rusiyaya.

Amma o ermənilərin xatirələri göytəpəlilər arasında əziz olaraq qalır. Niyə? Çoxları deyir ki, bizim oğlanlıqdan kişiliyə keçidimiz o axçilərin sayəsində olub. Deyilənə görə, qonşu kəndlərdən də ordu sıralarına hərbi xidmətə gedən cavanlar növbə ilə bu erməni qadınlarının humanistliyinə sığınıb, kişiliyə qədəm qoyurmuşlar.

Görəsən, burdanmı gəlir həmən kişilərin “erməni axçi” sevgisi?..

Bəs, xalq artisti Brilyant Dadaşova? Erməni Şahbazyana ürək smaliki göndərib, “super” yazıb, az qala dığanı “maç-muç, quc-quc” edib sevimli müğənnimiz. Onda bu “sevgi” hardandır? Anlaya bilmirəm.

Bundan xeyli qabaq da bir xalq artistimizin stilist qızının bir erməni gedəsi ilə ilıq, işgüzar münasibətləri ortaya çıxmışdı və mən xəcalətimdən əriyib yerə girmək istəsəm də, yer xəcalətindən aralanmamışdı, mənim bu istəyimi unutdurmuşdu, biz axı unutqan xalqıq…

Bu yandan da ermənilər Bakıya gəlirlər, gedib doğulduqları məhləyə baş çəkirlər, keçmiş qonum-qonşuları ilə söhbət edirlər, bizi unutmadıqlarını deyirlər… Düz də deyirlər, onlar bizləri heç vaxt unutmaz, imkan düşsə qanımızı içərlər… Onlar unutqan deyillər…

Bizim deputatımız, şairimiz Musa Urud doğulduğu, böyüdüyü Urud kəndinə qədər gedib çıxır, amma ona imkan vermirlər ki, qəbiristanlığa tərəf getməyi bir yana, boylanıb baxsın da. Çünki qəbiristanlıq qalmayıb, yerini şumlayıblar…

Mənim bu ermənilərə əbədən sevgim olmayıb, onları özümə ta uşaqlıqdan dost görə bilməmişəm. Bu o vaxtlar idi ki, mən hələ kiçik yaşlı idim və erməni deyilən canlını heç vaxt görməmişdim. Bəs onlara olan nifrətim hardan qaynaqlanırdı?

Yadımdadır, hələ azyaşlı olduğum vaxtlar bir yerim zədələnəndə, ağrıyanda, mısmırığımı sallayıb ağlamaq istəyəndə böyüklərim kinayə ilə: “bah, böyük bir iş olub, nə mızıldanırsan, vay-şivən qoparırsan, elə bil erməni qan görüb” deyrdilər.

Ermənin yalandan özünü əzabkeş, ağrıdılan və incidilən kimi göstərmək cəhdi bu deyilənlərdən yaddaşıma hopurdu və özümü heç də onlara bənzətmək istəmirdim. Bütün bunlar yadımdan çıxmır… Aha, demək, biz heç də o qədər unutqan millət deyilik, yaddaşımızda nələrsə qalır…

Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinin (indiki Azərbaycan Dövlət Dəniz Akademiyası) tələbəsi olduğum vaxtlar Saakyan Karen adlı bir Bakı ermənisi ilə eyni qrupda oxuyurduq. Bu adamın daima mənim ətrafımda olması, mənimlə isti münasibət qurması, dərs sonrası gəzintiyə çıxmağımız, məclislərimizə tanış qızlarını gətirməsi də o millətə acığımı soyutmurdu, baxmayaraq ki, Karenlə bizi dost saymaq olardı və mən ona inanırdım da.

Təxminən 3-cü kursda təhsilimdəki axsamalara və kəsirlərimin olmasına görə mən qrupun “starşinlığından” uzaqlaşdırıldım. Yerimə Teymur Zəkiyev təyin olundu. Və Karen artıq Teymurla çay içməyə, qız “tutmağa” gedirdi. Karendən zəhləm getmişdi… Ermənilər haqda eşitdiyim ikiüzlülük, maraqları naminə dəyişilə bilmələrinin şahidi olurdum.

Sonralar Sovet ordusu sıralarında xidmət edərkən də ermənilərin ikiüzlülüyü ilə çox qarşılaşmışdım. Bu haqda gərək kitab yazam.

Kareni son dəfə 1988-ci ildə gördüm. Bakıda Milli Azadlıq Hərəkatı başlayanda dənizçilərimiz daha aktiv idi. Limanbazanın ərazisində mitinq təşkil olunmuşdu. Mitinqə az qalmış Kareni gördüm, salamlaşdıq, əl uzatdı, əlini tutmadım. “Neftqaz-8” gəmisinin mexaniki idi. Hal-əhval tutduqdan sonra soruşdum ki, sən də gedirsən?

– Hə, əmrimi və bütün hesabımı alıb Ukraynaya gedəcəm, Qara dənizdə üzəcəm.

Ona tövsiyyə etdim ki, tez getsin. Bu zaman Karen mitinqə toplaşan çoxsaylı dənizçilərə tərəf baxdı, onların da bizə baxdıqlarına əmin olduqdan sonra üzündə doğma bir sevinc hisləri göründü, yaxın gəlib mənu qucaqlamaq istədi, bununla da kənara informasiya ötürmək istədi ki, baxın, sizin mitinqin təşkilatçılarından biri ilə necə də mehriban dostam. Kənara çəkildim, ona və onun millətinə riyakarlığına görə bir qədər də nifrətim artdı.

Nədirsə, son vaxtlar elə kosmopolit insanlar peyda olub ki, az qala erməniyə bir xalq sevgisi qədər doğmalıq sərgiləyirlər. Səbəbini anlaya bilmirəm!

Düz 11 gün bundan qabaq 2 yaşlı körpəmizi öldürən, bununla da kifayətlənməyib, 18 aylıq uşağın qətlə yetirilmiş fotosunu paylaşaraq, onu zorlaya biləcəklərini yazan bu dəhşətli məxluqlara, üzdəniraqlara ürək smaliki göndərmək, “super” yazmaq nəyə sığır? Bir vaxtlar elə həmin qarmon çalan Şahbazyanın soydaşları bizim bu qoca olsa da gözəl qalmağı bacaran sənətçimizin “Vokaliz”ini oğurlamamşıd? Özü bu haqda danışmışdı axı. Bəs nə tez yaddan çıxdı?

Anlaya bilmirəm…

Paylaş