RUH DOSTUM, BACIM TOFİQƏ ƏLİXANLIYA

RUH DOSTUM, BACIM TOFİQƏ ƏLİXANLIYA

83
Paylaş

məni Allah elə vurub
nə dirilib,nə ölürəm !
göz yaşımdan su çiləyib
son günümə göyərirəm !

hansı bəxti küsdürmüşəm ?
bir ahına yer çatladım!
qoymazdım yel qova onu
o, göydəydi əl çatmadı…!

tutub yaxamdan yaşayır…
o, əl köhnə yerin tapıb!
həsrət-araz çayı kimi
öz yerini sərin salıb !

dostum, gəlib isti-isti
dərdlərini sürümə qat !
yol gəlmisən gözüm xəstə…
sal yerini qəlbimdə yat !

Paylaş