Payız düşüncələri

Payız düşüncələri

48
Paylaş

Varliq.az saytı şair Mirxan Bilnəlinin (Şahbazov) qələmə aldığı şeirləri təqdim edir.

Payız düşüncələri
Payız gəldi saraldı ağacda yarpaqlar
Gəlişi ilə gətiribdir buludu dumanı çəni
Köç edir durna qatarı vidalaşır bizimlə
Darıxmayın gələn bahar görüşərik biz

Məndə gəlmişəm ömrümün payızına
Dən düşür saçlarıma ağarır aramla
Sarı yarpaq yerinə göyərəcəy yenisi
Ağaran saçlar yerinə qara bitməyəcəy

Köçən durnalar tək dönəcəyəm dedim
Dönən durnaların içində səni görmədim
Bilirdim bu gedişə geri dönən olmayıb
Təsəlli taparam deyə aldadırdım özümü

Sən ömrün baharında köç edib getdin
Mən ömrümün payızından qışa gedirəm
Mən sənin görüşünə gələ bilməsəmdə
Sənə deyəsi sözü baş daşına deyirəm

Görüşəcəyik bir zaman haqq dunyasında
Sən gənc bir qız mən ağ saqqalı bir qoca
Sən cənnət mələyi mən günahkar bəndə
Qəbul etsən gəncləşərəm bağışlayar Allah

Səndən sonra mən heç tanımırdım özümü
Bilmirdim Mirxan adlı biri dunyada yaşayırmı
Şəklini gəzdirirdim qəlbimdə köksümün üstə
Görənlər soruşurdu qızındırmı yoxsa nəvən

***

Ana söyülməz
Anası ilə bazarlıq edən biqeyrət
Ana müqəddəsdir ana söyülməz
Ana su tək saf günəş tək parlaq
Polad tək iradəlidir analar əyilməz

Səni yoxdan ana gətiribdi dunyaya
Həyatınla canınla borclusan anaya
Bircə kəlmə acı söz deyilməz anaya
Analar inciyər küsər ana qarğamaz

Anaları pis sözlərlə gətirməyiniz dilə
Anaları oxşadın çəmənə çiçəyə gülə
Anaların ahı dağları da döndərir külə
Anaları sevin ki ana bədgümanolmaz

Anaları sevin axı onlar sizədə anadır
Analar vətənimizə dunyamıza anadır
Analar bizədə dunya böydə dunyadı
ALLAHdan sonrakı varlıqdı əvəz olmaz

Tükənməz ana zəhməti oğullar qızlar
Ana ürəyi sizin üçün sızlayar ağlayar
Yollarınıza baxıb o yolunuzu gözləyər
Hər adımına can deyər yenə yorulmaz

***

Anama deməyin oğlun ölubdur

Yarali bir əsgər əsgər qollar ustə
Əlini qoymuş yarali sinəsi ustə
Piçildayaraq deyir yavaş ahəstə
Anama deməyin oğlun ölubdur

Gənc bir əsgərəm vətən qurbanı
Mən vətən uçun verirəm canı
Məndən ötru incitməyin anamı
Anama deməyin oğlun ölubdur

Anam bilsə bağrı qana dönəcəy
Anam bilsə başın saçın yolacaq
Anam bilsə məndən qabaq öləcy
Anama deməyin oğlun ölubdur

Anam bilsə tökəcəy göz yaşlarını
Anam qucaqlayacaq məzar daşımı
Anam bilsə sökəcəy məzar daşımı
Anama deməyin oğlun ölubdur.

Ana göz yaşı muqqədəsdir dözulməz
Anaların göz yaşına ALLAHda dözməz
Yalvarıram sizlərə ALLAHımızın eşqinə
Anama deməyin oğlun ölubdur

Siz salamımı yetirin tanışlara dosta
Bir gün gələsiz mənim qəbrimin ustə
Deyərsiz burda bir şəhid əsgər yatıb
Anasına deməmişik oğlun ölübdur

***

Şəhidlər
Qeyrətlisiz vətən üçün keçmisiz candan
Yolunuz müqəddəs yeri cənnət səhidlər
Vətənini ana bilib cox sevmisiz canızdan
Anaya vətənə qurban getmisiz şəhidlər

Məqamınız yüksəkdir adlarınız təki uca
Baxmayır yaşa cavansan yoxsa ki qoca
Bir .şəhidlik bərabərdir min min həccə
İgidliyinizlə dastanlar yazdınız şəhidlər

Vətəni sevmək imandadır deyib ağamız
Vətənimizə mövlamıza qurbandı canımız
Anamız vətəndirsə vətənimizdir imanımız
İsmayıl tək vətənə qurban getdiz şəhidlər

Can nə qədər əziz olsada ondan keçmisiz
Haqq yolunda HÜSEYİN yolunu seçmisiz
Əkbər tək nişanlanlb eşq şərbətin içmisiz
Barmaqda nişan üzüyü öndə ölüm şəhidlər

Şəhidin yarasın mələklər yuyar bağlayar
Şəhidlər üçün mələklər yas tutar ağlayar
Şəhidlər mələkdir mələklərə ana ağlayar
Ölümünüzlə əbəddiyyət yazdız şəhidlər

Bu uca ad qismət olmaz hər nankor kəsə
Şəhidlik oyun deyil siz onla girəsiz bəhsə
Əgər sənin qanında vətən qeyrəti varsa
Aslı deyil ondan istər ola Mubariz şəhidlər

***

İlk məhəbbət.
Yoxluğunla yaşayıram,bəlkə unudam,
Çətin olurmuş unutmaq ,ilk məhəbbəti.
Hək olubdu yadaşa,qayadakı yazı tək,
Nə yağış yuyur,nə kulək ilk məhəbbəti.

Gecə getmir gözümdən, girir yuxuma,
Sanki cəlladır o, hucum çəkir üstümə.
Gecə gündüz durdun mənim qəstimə,
Özümlə apacam qəbirə,ilk məhəbbəti.

Çalışıram ki, yaddan çıxaram sözlərini,
Dənizə baxanda görürəm mavi gözlərini.
Şehli çəməndə cığırda axtardım izlərini,
Ölənədək unuda bilməm, ilk məhəbbəti.

Söz deyəndə, çaylar tək aşıb daşardın,
Hər xoş sözlərimə, bir nəğmə qoşardın.
Sən qəlbimi özünlə aparmağı başardın,
Buna görə unuda bilmirəm ilk məhəbbəti.

Mirxan görübdür ilk məhəbbətə ağlayan,
Görmüşəm, ilk eşqdən qubar bağlayan.
Fərhad tək dağ yarıb, Şirininə çatmayan.
Səndə deyirsən cəfası var ilk məhəbbətin.

***

Oğlun yetişib,uca məqama ada,
Oğul deyib ağlama,şəhid anası.
Tək sənin deil, bu millətin balası,
Yas tutub ağlama, şəhid anası.

Sən ağlayanda,ağlayır vətəndə,
Quşlar yavaşır,bu yerdən ötəndə.
Şəhid qanıyla boyanıbdı güllərdə,
Oxşa gülləri,ağlama şəhid anası.

Şəhid mələydir,cənnət onu gözlər,
Şəhid tək mərdir,ona nişanlı qızlar.
Qisas deyibən,nə ağlar, nə sızlar,
Mətin ol döz, ağlama şəhid anası.

Sən Tomris tək alacaqsan qisasin,
Düşmən qanıla əlini yu al muradın.
Yerdə qoymqyacağıq şəhid qanın,
Təsəlli tap ki, ağlama şəhid anası.

Bilirəm,dözməy olmur oğul dağına,
Güllərdə ağlayır,sınmış budağına.
Qəm yeyib çəkilmə, qəm otağına,
Qurur duy sən ağlama şəhid anası.

***

Ay ata
Qurban olum sən yatdığın torpağa,
Nakam getdin bu dunyadan ay ata.
Ömrün baharın qurban verdin qışa,
Dondu qəlbim,bu gedişdən ay ata.

Dunya balı sənədə oldu zəhər, acı,
Yanında tapılmadı,nə qardaş, bacı.
Yetim qoydun, olduq ana möhtacı,
Başladı, kədərli günlərimiz ay ata.

Oğrun baxırdım, atalıların dalınca,
Xəlvət çəkilib, ağlayırdım doyunca.
Anamın əli qabar oldu böyüdüncə,
Narahat ruhuna qurban olum ay ata.

Görmədin sən nə oğul qız toyunu,
Doyunca oxşamadın övlad boyunu.
Bilirəm heç kəs tutmayıb dunyanı,
Heç olmasa əlli yaşayaydın ay ata.

Blinəli Mirxanam, olmuşam dədə,
Baş əyirəm,bu müqəddəs soyada.
Axı hər kəsin yeri vardır dunyada,
Çox darıxıram, sənin üçün ay ata.

***

Ağlayırıq biz
Saymaqla qurtarmır dunya dərdləri,
yenə əsir üstümüzdən dərd yelləri.
Yola salırıq əlimizlə itələyərək illəri,
Sonra arxasınca baxıb ağlayırıq biz.

İstəyirik yataq ayılmayaq yuxudan,
Heç kimə bir söz demiriy qorxudan.
Dostun əliylə biz oxlanırıq arxadan,
Bu işləri kimlərin ayağına yazaq biz.

Dunyanın namərdi çox mərdindən,
Dunya şişib partlayacaq dərdindən.
Baş götürüb köçdüy ata yurdundan,
Bu elləri obanı kimlərə tapşıraq biz.

Bilmiriy fikirdəndirmi şişib başımız.
Hər gün bəd gəlir çətinləşir işimiz.
Əldən gedib abır, ismət, həyamız,
Vətən qeyrətin harda arayaq biz.

Mirxan dərd üstə gətirdin dərdləri,
Elə nalə çəkdin ağlatdın dərdliləri.
Günahlarıyla oyatma qəbirdəkiləri,
Axı yerimiz oradı ora gedəcəyk biz.

***

Ayıl millətim ayıl.
Kim çaldı bizə bu laylanı, yatırdı bizi,
Bəs deyilmi yatdın, ayıl millətim ayıl.
Yoxsa getmişiy qəflət ölü yuxusuna,
Çox yatmayın daha ayıl millətim ayıl.

Yata yata itirmişiy vətənimizi torpağı,
Ana vətənimdə at oynadır əclaf yağı.
Qalx ayağa düşmənin çatlasın bağrı.
Qalx özün görəsən, ayıl milətim ayıl.

Cənubum farslarındır, şimalım rusun,
Araz xəcalətindən az qalır qurusun.
Nə qədər ağrı, yara görübdü köksün,
İnləməyin qalxın, ayıl millətim ayıl.

Əriyib dərdən Dərbəndin dəmir qapısı,
Bölünüb hərəyə düşübdür bir parçası.
Gedib əldən Borçalısı, irəvani, Göycəsi,
Ay başı bəlalılarım, ayıl millətim ayıl.

Yolumuzu gözləyir Xoy, Təbriz, Marağa,
Düşübdü gözdən də, könüldən də irağa.
Cəfər tək oğulları düşmüşüy biz sorağa,
Ayılın gəzib axtaraq,ayıl millətim ayıl.

Vətəni tikə tikə böldüy, xanlara bəylərə,
Bolşeviklər, gəldi lənət dediy Taylerə.
Qucağımızı açdıq,torpağ verdiy Haylara,
Uyduq tülkü hiyləsinə, ayıl millətim ayıl.

Rusa can dediy oldu başımızın ağası,
Bizlərə kirvə oldu,ermənilərin dığası.
Tarixmizə yadigardımı Erməni kilsəsi,
Dözməy olmur buna ayıl millətim ayıl.

Qarabağı verib xalasına dayısına pay,
İndi Xarı bülbülə nəğmə oxuyur Hay.
Gəlin aləmə səs salaq qoparaq haray,
Rüsvay olduq daha ayıl millətim ayıl.

Fikri yoxdu almaq istəmirlər qarabağı,
Axı öz əlləriylə satıbdılar bu torpağı.
Nə qədər aldatmaq olar biçarə xalqı,
Nə qədər yatmısan, ayıl millətim ayıl.

Dirənibdir dağa yox getməyə yerimiz,
Heç yerdə başa düşülmür ana dilimiz.
Saxta yazılıbdır krçmişimiz,tariximiz,
Durun gəlin yazaq, ayıl millətim ayıl.

Hər gün qalxır hər bir şeyin qiyməti,
Bilinmir nədir Şahın, Vəzirin niyyəti.
Görün nə günə qoyublar, bu milləti,
Yatıb durmurlar, ayıl millətim ayıl.

Sorub aparırlar, bu ölkənin sərvətin,
Şapka verib yəqin ediblər hörmətin.
Satılıb, çəkmir qardaşının qeyrətin,
Doymadın yuxudan, ayıl millətim ayıl.

Şeyixlər, Axundlar, Mollar saxta,
Dinə yox, durublar Şaha xidmətə.
Yəqin yolunuz düşəcəydir sirata,
İmanə dinə gəlin, ayıl millətim ayıl.

Haqqı danır haq deyən Hakmimiz,
Qanunla yox sifarişlədir hökmümüz.
Gör nə günə qalıb, ana qanunumuz,
Verin hökmünüzü,ayıl millətim ayıl.

Lüt üryan gəzir,xalqımızın artisti,
Xoşa gəlmir nə özü nədə ki,səsi.
Yoxdurmu, bu yetimlərin kimsəsi,
Qalxın oxuyaq, ayıl millətim ayıl.

Bizim ölkəmiz, Aslanlar yurdudu,
Bilinmir millətin nə Çaqqalı,quddu.
Bütün sərvətini beş on nəfər böldü,
Qaldınız paysız, ayıl millətim ayıl.

İndi kefidir ölü yuyub qəbir qazanın,
Narahat edirdi kəsdilər səsin azanın.
Qələmi sınsın, səni həccə yazanın,
Qalx süb namaza, ayıl millətim ayıl.

Qalx ki, ayıra biləsən xeyiri şərdən,
Oyan bəlkə qurtara biləsən dərdən.
Xoşuva gəlməsə yatarsan yenidən,
Allahımızın xətrinə ayıl millətim ayıl.

Ayılın başıuza dönüm, qurban olum,
Ayılın ki, üstünüzdən götrülsün ölüm.
Qalx bəs deyilmi gördüy əzab, zülüm,
Coşaq əvəlki tək,ayıl millətim ayıl.

***

Söz.
Allah yaratdı, sonra izah etdi Adəmə,
Məndən sonra bil qudrət sahibidir söz.
Səcdə ed əlini qaldır yaradana duaya,
Qüdrət aləmində hörmət yaradib söz.

Söz var ki, fərmandır, söz vardır əmir,
Söz var deyiləndə su tək əriyir dəmir.
Nə qədər zərifdirsə bir o qədər sərdir,
Deyiləndə gah güldürür,gah ağladır söz.

Söz vardır ki, dahiərin yadigarı dühası,
Söz var ananın göz yaşı,ananın duası.
Söz vardı üz qızardır, dəyişilir cöhrəsi,
Həm ismətdir, ardır, həm həyadır söz.

Söz su kimi lətafıtlidir,deyibdi Nizami,
Hər sözün var deyilişi,düzlüşü nizamı.
Sözü de yetişəndə vaxtı,yeri, zamanı,
Dəyərlidi həm, yerində deyiləndə söz.

Sözün dəyəri var,söz kimi deyiləndə,
Atəş tək yandırır,köz kimi deyiləndə.
Söz naz edir sənə, qız kimi deyiləndə,
Sındırma düşməsin, kəramətdən söz.

Mirxan düz danış, olmasın söz günahı,
Gördüyünü düz de, aima göz günahı.
Sözü deyəndə. yaddan çıxarma Allahı,
Haqqdan gəlibdir, haqq deyiləndir söz.

***

Öl köpəy oğlu.
Kəsdin kasıbın maşın, yedin malını,
Yığ indi üst üstə pulu,yığ köpəy oğlu.
Baş əyilib qarına, Allah çıxıb yaddan,
Olmusan ac qarnına qul köpəy oğlu.

Çox əvvəl şahlar tikmiş qızıl saraylar,
Dunya mənimdir,deyib salıb haraylar.
Şəddada,Nəmruda,Firona qalmayanlar,
Sizlərədə qalmayacaq,bil köpəy oğlu.

Zorla əlindən alırsan,kasıblarin malın,
Nə yeyir, nə içir, soruşmursan halın.
Vətən üçün böyüdüb,mərd oğulların,
Vətəni onlar qoruyurlar,öl köpəy oğlu.

Rüşvətdəndir mayan, ay haramzadə,
Yüz il yığdığın bir günə gedıcəy bada.
Hansı adla yaşayacaqsan, dunyada
Necə edəcəylər səni,yad köpəy oğlu.

Yığ çin çin pulları,qalansın tayba tay,
Kasıba əl tutub,fəqirə vermirsən pay.
Dunyadan gedəcəy,oxşadığın dayday,
Kim olacaqdı arxa,dayaq köpəy oğlu.

Varın vardı deyə, sən öyersən özünü.
Hər yerdə deyirsən söhbətini sözünü.
Axır bir gün Allah çıxardacaq gözünü,
Olmayacaq gözündə, var köpəy oğlu.

Özü ilə nə aparır,bir baxın gedənlərə,
Səndə öləcəysən,doyuca bax ölənlərə.
Sorğu böyükdü,kasıba baxıb gülənlərə
Tökəcəysən başına, kül köpəy oğlu.

Paylaş