31
Paylaş

Əli Hacı

ilahi ! nə verdin özünə dedim
başqacür pisliyi heç bacarmıram.
mənim də əyirim,əskiyim olur
adam olmağıma ac da qalmıram…

içirəm günləri ömür xərcləyib
yaxşılar yolunda,sevgi payıma.
tutub əlimizdən alacağına
bu ömrü bir daha belə paylama !

sevgi şərbətidi – həyatın dadı
sözün qəzasında diri ölürük.
biz ağlı başında yol gedəndə də
min ağrı daşıyıb,sirri ölürük .

günün aydın olsun yenə İlahi !
gecəndə xeyirə calansın sənin.
göndər dərdlərini qoy ,mənim olsun
balamın üzünə cavansan yəni…!

Paylaş