Ayrılıqlar payızda başladı

Ayrılıqlar payızda başladı

50
Paylaş

Ayrılıqlar payızda başladı
Yarpaqları xəzəl,
Quşları
köçər oldu ağacların.
qayçılandı günün üzünluğu
gözlərimin
yaşıl-yaşıl varlığı.

Payızda qış qoxusu
Qışın təklik qorxusu…
Bir də ölüm…
payız düşdü günlərimə.

İlahi !…
bu payız
Şumladığım günlərimin,
Gün düşməyən günümün içində.
kipriklərimə
tapşırmışam özümü.
Gizlənirəm
Gözlərimin içində.
içirəm öz sağlığıma,
Gizlənirəm sağlığıma
Sözlərimin işində
İlahi !…
heç kimə demə yerimi…

***Əli Hacı

Paylaş