Tökmə qanı üstümə , qoy yaşayım adətimi- Əli HACI

Tökmə qanı üstümə , qoy yaşayım adətimi- Əli HACI

68
Paylaş

dostum Orxan Saksoya

Tökmə qanı üstümə , qoy yaşayım adətimi
Bələyiblər günaha doğulan səadətimi !

Andımız işdə uca hər tökülən qanımıza
kimsə əyməz başımı , sındırammaz taqətimi .

yüz dini mərcə çağır məndəki iman evinə
Ədəb-ərkan tərəzim göstərəcək öz adımı !

Tanrıdan özgə nə var içdə durub dərd eləməm
Yer yox ikən,göy yox ikən yaranan MİLLƏTİMİ !

Allahının təkliyinə məni tək saxlasalar
Haqqı torpaq tutaram , yaradaram Dövlatimi !

Paylaş