Donald Trampın azərbaycanca ilk kitabı çıxdı

Donald Trampın azərbaycanca ilk kitabı çıxdı

82
Paylaş

“Kitab Klubu”ndan yeni kitab, ABŞ-ın yeni prezidenti, milyarder Donald Trupm-ın “Çempion kimi düşün” kitabı çıxıb. Bu Trupm-ın dilimizə çevrilmiş ilk kitabıdır.

Kitabın annotasiyasında deyilir: “4,5 milyard dollar mülkiyyəti ilə dünyanın ən nəhəng biznesmenlərindən biri. Manhettendəki ən yaxşı daşınmaz əmlakın 2 milyon kvadratmetrinə sahib olan tikinti maqnatı. Onun adı brendə çevrilib və milyon dollara satılır. Onun həyat hekayəsi yüksəliş və enişlərlə doludur, lakin o, hər bir böhrandan sonra mütləq yüksəlir və əvvəlki zirvəsindən də yuxarı qalxır”.

Kitabı dilimizə “Kitab Klubu”nun rəhbəri Elxan Rzayev çevirib.

Paylaş