Elbəyi Cəlaloğlunun “9-cu Meydan”ı

Elbəyi Cəlaloğlunun “9-cu Meydan”ı

74
Paylaş

Yazıçı-publisist Elbəyi Cəlaloğlunun yeni kitabı nəşr olunub. Bu barədə özü facebook səhifəsində yazıb.

 

“Borçalıdan hər kəsə salam və xeyir-dualar!
“9-CU MEYDAN”I QARŞILAYIN!

Sevgili dostlar, uzun çalışmalardan sonra “9-cu meydan” povestinin işıq üzü görməsinə nail olduq. Bu münasibətlə hər birinizi təbrik edirəm. Əməyi keçən hər kəsə təşəkkür edirəm! Bu meydan qılınc, yumruq, aqressiv hərəkət, siyasi üstünlük, özünü isbat etmə, söz güləşdirmə və s. meydanı deyil, bu, məhz düşüncə, təfəkkür, haqq meydanıdı. Bu əsər 2016-cı ilin avqust ayında AMEA Milli Kitabxanası tərəfindən keçirilmiş bir aylıq sorğuda Azərbaycan oxucularının dünyanın 127 əsərindən biri kimi dəyərləndirdiyi povestdir. Yəni bu kitab mənim deyil, sizindir, əziz dostlar, tariximizi, millətimizi mədəniyyətimizi, mentalitetimizi sevənlər, onu yaşatmaq arzusunda olanlar, eləcə də Güney Qafqaz, Azərbaycan, Gürcüstan, o cümlədən Borçalı və qədim türk mifologiyası ilə maraqlananlar üçündür. Əsrdə həmçinin qədim zamanlardan üzü bəri mifologiya, inanc və məntiqin fəlsəfəyə, fəlsəfənin siyasətə, siyasətin cəmiyyətə olan təsirinə subyektiv baxışla da tanış olacaqsınız. Oxuyub haqla yazacağınız, söyləyəcəyiniz tənqid və təriflərdən çox məmnun olardım! AMEA Coğrafiya İnstitutunun direktoru, Dövlət mükafatı laureatı, akademik Ramiz Məmmədovun ön sözü, filologiya elmləri doktoru, şair, tərcüməçi, professor Nizami Tağısoyun təhlili ilə başlayan “9-cu meydan”ın könlünüzü oxşayacağına inanıram. Kitabın redktoru filologiya elmləri doktoru, şair, tərcüməçi, professor Nizami Tağısoydur. Üz qabığının ideyası əsərin müəllifinə, dizayner işləri Mülayım Vəliyevaya aiddir. Hər birinizə aydın zəka, işıqlı düşüncə, nurlu göz, sağlam can, gözəl gün-güzaran arzulayıram!!!”.

 

elbeyiKitab

Paylaş