Faiq Balabəyli əməliyyat olunacaq

Faiq Balabəyli əməliyyat olunacaq

85
Paylaş

Tanınmış şair Faiq Balabəyli yanvarın 16-da ürəyindən əməliyyat olunacaq.

Axar.az xəbər verir ki, bu haqda şairin oğlu Tural Balabəyli məlumat verib.

Onun sözlərinə görə, F.Balabəyli hazırda “Zəfəran” hospitalına yerləşdirilib:

“Kəskin ürək ağrıları, təngnəfəslik, sinəsində və kürək nahiyəsində göynərtilər vardı. Bir neçə gün öncə “Medilənd” hospitalında müayinə edildikdən sonra həkimlərin yekun qərarı açıq cərrahiyyə əməliyyatı oldu”.

Paylaş