göz yaşın güllə tək dur sıx alnıma… – Əli Hacı

göz yaşın güllə tək dur sıx alnıma… – Əli Hacı

269
Paylaş

boşalt ürəyini başına dönüm
göz yaşın güllə tək dur sıx alnıma…
buludlar yağdısa ölür…
ağla,sən amma ölmə !

göz yaşlarınla öldür
o gün mənə baxdığın günü !
öldür təkliyinə bükülüb
hər gün darıxdığın günü !

ağla,bulud kimi ağla
ölmə bulud kimi…
o vaxtın doğmalığına
bir az da ağla yad kimi !

dünya-ayrılığın evidi
məni gözlərinnən çırpginən yerə.
çırpılan yerdəyəm ,sinəmsə yanır…
əllərin yaxamda yol gedir hələ…!

Paylaş