payıza dolu qar düşdü – Əli Hacı

payıza dolu qar düşdü – Əli Hacı

140
Paylaş

Allah yağışı yağmadı
içimin tozunu ala !
göydəsə bir quş ağladı
öz köçünnən qalıb dala…

ayaq altda ot şehlədi
yarpaq tökdü ağac mənə.
ürəyimin damarları
yollar kimi tıxac mənə…

payıza dolu qar düşdü
köçündə yağış görmədi.
istidə qərib üşüdüm
içimdə qışı görmədim…!

Paylaş