ömrün yol saatıydı…

ömrün yol saatıydı…

136
Paylaş

ƏLİ HACI
mindiyim qatara
düşəndə gecəydi…
gözlədiyin vaxt-
ömrün yol saatıydı…

ortalığa atmağa
soyutmuşduq sözümüzü.
itirmişdik açarın aramızın .
nə olsun ki,kipriklərimizin
isitdiyi yerdəydi gözümüz…!

söykəndiyimiz ağacın
bir tərəfdən
payız tökmüşdü yarpaqlarını,
bir tərəfdən də biz
evdəki istiliyimizə
qırmışdıq qol-budaqlarını.
nə olsun ki,
sinəmizin altında isinirdi ürəyimiz…!

gələcəkləri unut getsin
keçmişin özudu – evimin tozu.
kör olmasa küçənin adı
sevənlərə çöldə iç kimidi.
nə olsun ki,
bir adamlıqdı qəbrimiz !

Paylaş