azadlıq dediyim- o ağ paltarın

azadlıq dediyim- o ağ paltarın

112
Paylaş

adamlar yorulub yol gedə bilmir
çürüyün bazarda,safın zülümdə…
eləcə ekrana çıxmadan ölür
ömür bir seryalı bədii filmdə…

sazım düzəlibsə tut ağacınnan
qapıda düzəlir,qoburda olur…
azadlıq dediyim- o ağ paltarın
deyirlər təzəsi qəbirdə olur.

qonşuya vermişəm leylək yuvamı,
geymişəm günümə neynək yuvamı.
İlahi ! bəsimdi bədən adında-
vermisən ruhuma köynək yuvamı !

Paylaş