ulduz dəymir gözümə

ulduz dəymir gözümə

215
Paylaş

bu gecə
ay doğmayıb ,
ulduz dəymir gözümə.
küləklərin səsindən
gecə gəlmir özünə.
daşdan yüngül nə varsa
su üzündə dayanıb.
buludların yağışı
hələ göydən asılıb.
qaranlığın ağrısı
başqa dildə yazılıb.
göydə hava qarışıb
adamı ölüm çəkir.
azadlığa çıxmağa
bu gecə ,zülüm çəkir.

Paylaş