əlindən düşən nədi?!

əlindən düşən nədi?!

171
Paylaş

indi özümçün yazdım,sonra hamının olacaq.

əlində tutduğun nə,
əlindən düşən nədi?!
ayağın soyuq yerdə,
gözlərin də nəmlidi.

bu küçənin adını
dur indidən dəyişək.
soyuq yaz divarına
ürəyindən dəyişək.

bu daş,bu palçıq evin
damından yağış yağır.
gəl, adını çöl qoyaq,
içim çölümdən ağır.

hər gün təzə dərd gəlir,
yumuşaq üzümüzə !
Tanrı gözəl gor verib,
yığışaq evimizə !

Paylaş