Əli Hacı: Şükür sənə İlahi !

Əli Hacı: Şükür sənə İlahi !

117
Paylaş

Aranı daşla hörmə,
onsuzda aramız yox.
yeyilir ömür,gün
yeyilib yarımız yox.

vallahi bir evim var,
hər dərdinə yerim var.
hər şeyi demirəm var,
olana varımız var.

Ustad olmaz sözünnən
kəlmə-kəlmə ağsiyan.
başımızı saxlayan
yaxşı ki, arımız var.

ac da olsa evimiz,
şükür sənə İlahi !
baxmağa pəncərəmiz,
girməyə qapımız var.

Paylaş